Konfrans Liqası:

Konfrans Liqası: "Qarabağ" pley-offda Fransa klubu ilə qarşılaşacaq

Hazırda oxunan: Konfrans Liqası: "Qarabağ" pley-offda Fransa klubu ilə qarşılaşacaq

50480

“Qarabağ”ın Konfrans Liqasındakı növbəti rəqibi bəlli olub.

Bizim.Media-nın məlumatına görə, qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycanın vitse-çempionu pley-offda “Marsel”lə (Fransa) qarşılaşacaq.

Qurban Qurbanovun yetirmələrinin rəqibi bugünkü püşkatmada müəyyənləşib. Qrup mərhələsində ikinci olan “Qarabağ”ın Avropa Liqasından üçüncü yer sahibi olan rəqibi ilə ilk matçı səfərdə keçirəcək.

Bu görüş gələn il fevralın 17-də baş tutacaq. Bir həftə sonra keçiriləcək cavab görüşü Bakıda təşkil olunacaq.

Qeyd edək ki, pley-offun qalibləri 1/8 finala yüksələcək. Qrup qaliblərinin birbaşa yüksəldiyi bu mərhələnin püşkü fevralın 25-də atılacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO