Mahirin komandası Krivotsyuklu

Mahirin komandası Krivotsyuklu "Visla"ya belə uduzdu - VİDEO

Hazırda oxunan: Mahirin komandası Krivotsyuklu "Visla"ya belə uduzdu - VİDEO

50337

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda yığmamızın digər üzvü Anton Krivotsyukun oynadığı Plotsk "Visla"sının qonağı olub.

Görüşdə "Legiya" minimal hesabla uduzub. Matçdakı yeganə qolu 36-cı dəqiqədə Mateus Svoç vurub.

A.Krivotsyuk cəzalı olduğu üçün sözügedən görüşdə iştirak etməyib. M.Emreli isə start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə Kasber Skibiçki ilə əvəzlənib.

Qeyd edək ki, "Visla" hazırda turnir cədvəlində 26 xalla 7-ci, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 12 xalla 18-ci pillədə qərarlaşıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO