UEFA “Tottenhem” – “Renn” oyununu ləğv etdi

UEFA “Tottenhem” – “Renn” oyununu ləğv etdi

Hazırda oxunan: UEFA “Tottenhem” – “Renn” oyununu ləğv etdi

50196

Konfrans Liqasında qrup mərhələsinin son turunun təxirə salınan “Tottenhem” – “Renn” oyunu keçirilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. İngiltərə klubunun 8 futbolçusu və 5 məşqçisi koronavirusa yoluxduğu üçün matçın ləğv olunduğu bəyan edilib.

Yarışın reqlamentinə uyğun qərarın verilməsi üçün məsələ UEFA Nəzarət, Etika və İntizam Komissiyasının öhdəliyinə buraxılacaq.

“Tottenhem” öhdəliyini yerinə yetirə bilməyən klub olduğu üçün londonlulara 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

Bu isə o deməkdir ki, “Tottenhem” G qrupunu üçüncü pillədə tamamlayacaq və mübarizəni dayandıracaq. Əvəzində “Renn” 1-ci, “Vitess” isə 2-ci yerin sahibi kimi növbəti mərhələyə adlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO