“Qarabağ”ın pley-of mərhələsindəki potensial rəqibləri bəlli oldu - VİDEO

“Qarabağ”ın pley-of mərhələsindəki potensial rəqibləri bəlli oldu - VİDEO

Hazırda oxunan: “Qarabağ”ın pley-of mərhələsindəki potensial rəqibləri bəlli oldu - VİDEO

50000

Xəbər verdiyimiz kimi, ötən gecə Konfrans Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, H qrupunda yer alan təmsilçimiz “Qarabağ” son oyununda İsveçrənin “Bazel” klubu ilə qarşılaşıb. Matç “Bazel”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ”ın bütün mümkün rəqibləri – KOMANDALAR


Oyunun 33 və 74-cü dəqiqələrində A. Kabral, 62-ci dəqiqədə isə P. Kasami fərqlənib.  

Bu nəticədən sonra qrupda 11 xalla ikinci olan təmsilçimiz 1/8 final uğrunda Avropa Liqasında üçüncü olan 8 komandadan biri ilə qarşılaşacaq. Azərbaycan futbol tarixində ilk dəfədir ki, “Qarabağ” qrup məlhələsini adlayan komanda kimi adını tarixə yazdırıb.

Artıq komandamızın potensial rəqibləri də bəllidir:

“Sparta” (Çexiya)

PSV (Hollandiya)

“Lester” (İngiltərə)

“Fənərbaxça” (Türkiyə)

“Marsel” (Fransa)

Midtyulland (Danimarka)

“Seltik” (Şotlandiya)

“Rapid” (Avstriya).

Püşkatma dekabrın 13-də, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Pley-off oyunları fevralın 17-24-də keçiriləcək.

“Bazel”-“Qarabağ” oyunundan video görüntünü təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO