Ötən gün Azərbaycan Güləş Federasiyasında keçirilən hesabat-seçki konfransına qurumun vitse-prezidenti Firdovsi Umudov dəvət olunmayıb. Digər vitse-prezidentlər iclasda iştirak etsələr də, Firdovsi Umudovun seçki konfransına qatılmaması təccüb doğurub.
Bizim.Media-ya bu barədə açıqlama verən Firdovsi Umudov məsələyə belə mövqe bildirib:
MÖVZU İLƏ BAĞLI:
Mikayıl Cabbarov Güləş Federasiyasının prezidenti seçildi
“Dəvət olunmamağımın səbəbini ən yaxı Güləş Federasiyası bilər. Nə deyim? Dəvət olunmayan yerə necə gedim? Orada seçki keçirilib və Güləş Federasiyasına yeni rəhbər seçilib. Dəvət eləməyiblər, ona görə də iştirak etməmişəm. Qabaqlar olurdu, dəvət edirdilər, biz də qatılırdıq. İndi etmirlər. Gedib dava eliyəsi deyiləm ki... Çağırılan yerə gedərlər, çağırılmayan yerə getməyin mənası yoxdur. İndiyə qədər də hansı tədbir keçirilib, dəvət olunmamışam”.
Qeyd edək ki, Firdovsi Umudov 2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir.
Xatırladaq ki, ötən gün Azərbaycan Güləş Federasiyasında (AWF) hesabat-seçki konfransı keçirilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib.
Alçina Amilqızı, Bizim.Media