Dünya çempionatında Maqnus Karlsendən daha bir QƏLƏBƏ

Dünya çempionatında Maqnus Karlsendən daha bir QƏLƏBƏ

Hazırda oxunan: Dünya çempionatında Maqnus Karlsendən daha bir QƏLƏBƏ

49203

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda keçirilən dünya çempionatında mübarizə gərginləşir.

Bizim.Media xəbər verir ki, səkkizinci turda ağ fiqurlarla oynayan M.Karlsen Y.Nepomnyaşini 46-cı gedişdə məğlub edib.
 

Bununla da dünya çempionu turnirdə ikinci qələbəsini qazanaraq ümumi hesabda üstünlüyünü daha da artırıb (5:3). Digər turlarda isə heç-heçə qeydə alınıb.


Sabah turnirdə istirahət günüdür. Dekabrın 7-də doqquzuncu partiya oynanılacaq.

On dörd matçdan ibarət olacaq turnir dekabrın 15-dək davam edəcək.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub.
 

O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində V.Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.


Hazırda Maqnus Karlsen (2855) dünya reytinq cədvəlinə başçılıq edir, Yan Nepomnyaşi (2782) isə beşinci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO