Avrokubokların qrup mərhələsinin V turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, ilk "100-lük"də Azərbaycanın yalnız bir klubu yer alıb.
Konfrans Liqasının "Omoniya" ilə Bakıdakı görüşündə 2:2 hesablı heç-heçə edən "Qarabağ" 25,000 xalla Avropada 59-cu yerə şərikdir. Qurban Qurbanovun yetirmələri "Başakşəhər"lə eyni göstəriciyə malikdir.
Təmsilçimiz bu heç-heçədən sonra iki pillə geriləyib. Buna Niderland klubları səbəb olub. "Alkmaar" və "Feyenoord" "Qarabağ"ı keçib.
Qeyd edək ki, cədvələ 131,000 xala malik "Bavariya" başçılıq edir.
Bizim.Media
![\ \](https://bizim.media/file/articles/2021/11/26/1637926625_0s-2.jpg)
- A-
- A
- A+
İdman
15:35 / 26.11.2021
\"Qarabağ\" UEFA reytinqində gerilədi
Hazırda oxunan: \"Qarabağ\" UEFA reytinqində gerilədi
Hazırda oxunan: \"Qarabağ\" UEFA reytinqində gerilədi
0:00
0:00
47821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.