\

\"Qarabağ\"-“Omoniya” görüşü zamanı Bakıda hava necə olacaq?

Hazırda oxunan: \"Qarabağ\"-“Omoniya” görüşü zamanı Bakıda hava necə olacaq?

47685

Bizim.Media xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya” ilə görüşündə hava şəraiti soyuq və tutqun olacaq. 

Saat 21:45-də başlayacaq oyun Tofiq Bəhramov adına stadionda keçiriləcək. Azarkeşlərin saat 20:00-dan stadiona girişi başladığı vaxtda hava tutqun olsa da yağış yağmayacaq. Havanın temperaturu 9° istini göstərəcək.

Oyun zamanı da hava şəraiti dəyişməyəcək. Oyunun bitdiyi, azarkeşlərin stadiondan çıxdığı vaxt saat 23:30-da isə havanın temperaturu 8°-yə düşəcək.

Nisbi rütubət 46% olacaq.

Küləyə gəlincə...  

Şimal-qərb küləyi yavaş-yavaş axşama doğru səmtini dəyişərək cənub-şərq küləyi ilə əvəz olunacaq. Külək 9.3 m/s gücündə əsəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO