UEFA Çempionlar Liqası:

UEFA Çempionlar Liqası: "Çelsi" rəqibini darmadağın etdi - NƏTİCƏLƏR

Hazırda oxunan: UEFA Çempionlar Liqası: "Çelsi" rəqibini darmadağın etdi - NƏTİCƏLƏR

47399

Noyabrın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib. Turun ən maraqlı oyunu İngiltərədə keçirilib. "Çelsi" doğma meydanda "Yuventus" klubunu qəbul edib. Gərgin keçən qarşılaşmada London təmsilçisi Turin komandasının qapısından dörd cavabsız top keçirib.

Gün ərzində keçirilən turun digər oyunlarının hesabları aşağıda qeyd olunub:

E qrupu

"Dinamo Kiyev" (Ukrayna) - "Bavariya" (Almaniya) - 1:2;

"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)- 0:0.

Qrupdakı vəziyyət: "Bavariya" - 15, "Barselona" - 7, "Benfika" - 5, "Dinamo" - 1.

F qrupu

"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2;

"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) - 3:3.

Qrupdakı vəziyyət: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 4.

G qrupu

"Lill" (Fransa) - "Zaltsburq" (Avstriya) - 1:0;

"Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) - 2:0.

Qrupdakı vəziyyət: "Lill" - 8, "Zaltsburq" - 7, "Lill" - 5, "Sevilya" - 6, "Volfsburq" - 5.

H qrupu

"Malmö" (İsveç) - "Zenit" (Rusiya) - 1:1;

"Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) - 4:0.

Qrupdakı vəziyyət: "Çelsi" - 12, "Yuventus" - 12, "Zenit" - 4, "Malmö" - 1.

Qeyd edək ki, hələlik “Bavariya” və “Yuventus” ilə yanaşı, “Liverpul”, “Ayaks", "Mançester Yunayted" və "Çelsi" klublarının da pley-offa vəsiqə qazanması dəqiqləşib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO