Millimiz Avropa çempionatında 17 medal qazandı

Millimiz Avropa çempionatında 17 medal qazandı

Hazırda oxunan: Millimiz Avropa çempionatında 17 medal qazandı

46160

Kikboksinq üzrə Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət milli komandası Monteneqronun Budva şəhərində keçirilən WAKO versiyası üzrə Avropa birinciliyində 5 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, qızıl medallara gənclər arasında Nihad Tağızadə (51 kq), yeniyetmələrin yarışında isə Ramal Zeynallı (42 kq), Elnur Mustafayev (51 kq), Amin Quliyev (57 kq) və Akif Quluzadə (54 kq) layiq görülüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Millimiz yenə uduzdu - 1 xalla 5-ci yer...


Gümüş medalları komandamızın aktivinə gənclərin turnirində İlkin Abbasov (54 kq), yeniyetmələr arasında isə Murad Gəncəliyev (42 kq), Elvin Məmmədov (51 kq), Özləm Həsənova, Emili Rzayeva (hər ikisi +60 kq) yazdırıblar.

Gənclər arasında Qəşəm Məmmədov (67 kq), Fatimə Şükürlü (65 kq), Elcan Tanırverdiyev (54 kq), Xəyal Astanov (86 kq), yeniyetmələrin turnirində isə Allahverdi Dəmirov (45 kq), Rafiq Babazadə (48 kq), Əli Cəfərov (54 kq) üçüncü yeri tutublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO