Türk məşqçi AFFA-nın təklifini qəbul edir? – Özü açıqladı

Türk məşqçi AFFA-nın təklifini qəbul edir? – Özü açıqladı

Hazırda oxunan: Türk məşqçi AFFA-nın təklifini qəbul edir? – Özü açıqladı

46027

Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd sayılan Samet Aybaba AFFA-nın təklifini təsdiqləyib.

Bizim.Media “Star”a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatına təcrübəli mütəxəssis özü məlumat verib.

Aybaba danışıqların davam etdiyini və son qərarın verilməsinə çox az vaxt qaldığını vurğulasa da, nəşr 66 yaşlı mütəxəssisin təklifi qəbul etdiyini yazıb.

Məlumatda AFFA-nın daha əvvəl Okan Burukla danışıq aparıldığı, lakin onun başqa ölkədə çalışmaq istəmədiyi üçün təklifi geri çevirdiyi vurğulanıb. 

Qeyd edək ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Canni de Byazinin AFFA ilə müqavilə müddəti noyabrın sonuna qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO