Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün III turun görüşləri keçirilib.
Bizim.Media-nın məlumatına görə, ilk iki turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə də güclü rəqiblərlə üz-üzə gəliblər.
Kişilərdən ibarət komanda ardıcıl üçüncü qələbəsini Almaniya üzərində qazanıb. Heyət üzvlərindən yalnız Şəhriyar Məmmədyarov rəqibindən üstün olub, digərləri isə görüşlərini heç-heçə ilə başa vurub.
Qadın yığması isə çempionatda ilk məğlubiyyətini Gürcüstandan alıb. İlk iki lövhədə yer alan Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə uduzub, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva isə heç-heçə edib.
Qeyd edək ki, ilk iki turda kişilər İtaliya və Serbiyanı, qadınlar Türkiyə və İsveçi məğlub edib.
*** 09:21
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün III turun görüşləri keçiriləcək.
Bizim.Media-nın məlumatına görə, ilk iki turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə də güclü rəqiblərlə üz-üzə gələcəklər.
Kişilərdən ibarət komanda Almaniya ilə, qadın yığması isə Gürcüstanla qarşılaşacaq.
Qeyd edək ki, ilk iki turda kişilər İtaliya və Serbiyanı, qadınlar Türkiyə və İsveçi məğlub edib. Hazırda Azərbaycanın kişilərdən ibarət komandası 1-ci, qadın millisi isə 2-ci yerdə gedir.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:38 / 14.11.2021
Avropa çempionatı: Şahmat yığmamız Almaniyaya qalib gəldi
Hazırda oxunan: Avropa çempionatı: Şahmat yığmamız Almaniyaya qalib gəldi
Hazırda oxunan: Avropa çempionatı: Şahmat yığmamız Almaniyaya qalib gəldi
45927
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.