Braziliya futbolçuları DÇ 2022-nin qrup mərhələsinə vəsiqə qazandı

Braziliya futbolçuları DÇ 2022-nin qrup mərhələsinə vəsiqə qazandı

Hazırda oxunan: Braziliya futbolçuları DÇ 2022-nin qrup mərhələsinə vəsiqə qazandı

45645

Braziliyalı futbol üzrə millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ev oyununda Kolumbiyaya 1:0 hesabı ilə qalib gəliblər.

Bizim.Media xəbər verir ki, yeganə qolu 72-ci dəqiqədə Lukas Paketa vurub.

Beləliklə, seçmə mərhələdəki 12 oyunda 11-ci qələbəsini qazanan Braziliya millisi Qətərdə keçiriləcək turnirin final mərhələsinə vaxtından əvvəl vəsiqə qazanıb. Daha əvvəl mündialın qrup mərhələsində çıxışını almanlar və danimarkalılar təmin ediblər.

Komanda 34 xalla turnir cədvəlinə başçılıq edir. Argentina ikinci (25 xal), Ekvador üçüncü(20), Çili dördüncü(16), Kolumbiya isə eyni xalla beşinci yerdə qərarlaşıblar.

İlk dörd yeri tutan komanda birbaşa Dünya Kubokunun final mərhələsinə yüksələcək. Beşinci yeri tutan komanda pley-offda digər konfederasiyaların təmsilçiləri ilə oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO