FIFA mükafatlandırma vaxtını açıqladı

FIFA mükafatlandırma vaxtını açıqladı

Hazırda oxunan: FIFA mükafatlandırma vaxtını açıqladı

45337

FIFA "The Best" mükafatının təltif olunma mərasiminin vaxtı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, tədbir 17 yanvar 2022-ci ildə keçiriləcək.

"The Best" - ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır.

Bu il 22 noyabr - 10 dekabrda aparılacaq səsvermənin yekununda ən yaxşı oyunçu, ən yaxşı baş məşqçi, ən yaxşı qapıçı, Fair Play, ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və İlin rəmzi komandası müəyyənləşəcək.

Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO