Azərbaycan “Böyük dəbilqə”də daha bir medal qazandı

Azərbaycan “Böyük dəbilqə”də daha bir medal qazandı

Hazırda oxunan: Azərbaycan “Böyük dəbilqə”də daha bir medal qazandı

45051

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan idmançısı Məmmədəli Mehdiyev gümüş medal qazanıb.

Bizim.Media xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlsə də, qızıl medal uğrunda görüşdə Kosuke Maşiyamaya uduzaraq ikinci yerlə kifayətlənib.

 

Xatırladaq ki, turnirin birinci və ikinci günlərində təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) isə bürünc medala sahib olublar.



Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan turnirdə iyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan yarışda 33 cüdoçu ilə təmsil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO