SON TUR: Şahmatçılarımız Riqada kiminlə qarşılaşacaq? - FOTO

SON TUR: Şahmatçılarımız Riqada kiminlə qarşılaşacaq? - FOTO

Hazırda oxunan: SON TUR: Şahmatçılarımız Riqada kiminlə qarşılaşacaq? - FOTO

44989

Bu gün – noyabrın 7-də Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirində son turun oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, 11-ci turda təmsilçimiz Vasif Aydın Süleymanlı almaniyalı Dmitri Kollars, Rauf Məmmədov ermənistanlı Sergey Movsesyan, Vasif Durarbəyli polşalı Mateus Bartel, Nicat Abasov ukraynalı Martin Kravtsiv ilə qarşılaşacaqlar.

Ötən turların nəticəsinə görə, A.Süleymanlı, V.Durarbəyli 4 xal toplayıblar. R.Məmmədov, N.Abasov 3,5 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO