Çempionlar Liqası: Azərbaycan klubu son oyununu keçirəcək

Çempionlar Liqası: Azərbaycan klubu son oyununu keçirəcək

Hazırda oxunan: Çempionlar Liqası: Azərbaycan klubu son oyununu keçirəcək

44022

"Araz-Naxçıvan" klubu bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirəcək.

Bizim.Media-nın məlumatına görə, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gələcək.

İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılacaq matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qrupdakı ilk görüşündə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu ikinci oyunda Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib - 5:3.

Növbəti mərhələ şanslarını itirən komanda hazırda "Ligeni" ilə birlikdə qrupda 3 xalla 2-3-cü yerləri bölüşdürür.

Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir. Bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş "Uraqan" "Yunayted Qalati" ilə qarşılaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO