"Qarabağ" "Kayrat"la oyunda Elnur Əşrəfoğlunun xatirəsini belə anacaq - FOTO

Hazırda oxunan: "Qarabağ" "Kayrat"la oyunda Elnur Əşrəfoğlunun xatirəsini belə anacaq - FOTO

42640

Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək "Qarabağ" - "Kayrat" oyununda tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq.

Bizim.Media xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına 1 saat qalmış (19:45-də) Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunacaq.

Bununla bağlı artıq UEFA nümayəndəsinin razılığı alınıb.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

E.Əşrəfoğlu oktyabrın 19-da koronavirus xəstəliyindən dünyasını dəyişib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO