“Qarabağ” “Kayrat”la oyuna hansı itkilərlə çıxır? – Klub rəsmisindən AÇIQLAMA

“Qarabağ” “Kayrat”la oyuna hansı itkilərlə çıxır? – Klub rəsmisindən AÇIQLAMA

Hazırda oxunan: “Qarabağ” “Kayrat”la oyuna hansı itkilərlə çıxır? – Klub rəsmisindən AÇIQLAMA

42429

"Qarabağ" klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstanın “Kayrat” komandası ilə görüşəcək. Oyun sabah saat 20:45-də Tofiq Bəhramov adına stadionda keçiriləcək.

“Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə Bizim.Media-bildirib ki, hər iki komanda bu görüşə ciddi hazırlaşb:

“Qarabağ oyuna çox gözəl əhval-ruhiyyə ilə çıxır. Biz də çox böyük ruh yüksəkliyi və qələbə əzmi var. Amma “Qarabağ” bu oyuna bəzi itkilərlə meydana çıxacaq. Daha əvvəl bilindiyi kimi bunlar Xaymer Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyevdir”.

O, həmçinin bildirib ki, komandanın tam heyəti hələ bəlli deyil.

“Bu oyun günü formalşacaq. Bildiyiniz kimi  UEFA bayrağı altında keçirilən oyunlarda oyundan bir gün əvvəl mətbuat konfransının keçirilməsi nəzərdə tutulur. Bu gün saat 12.00-da “Qarabağ” komandasının mətbuat konfransında baş məşqçi Qurban Qurbanov və klubun futbolçusu Abdulla Zubir iştirak edəcək. Saat 18.30 isə Kurban Berdiyevin başçılığı ilə “Kayrat” klubunun mətbuat konfrasnsı keçiriləcək. Daha sonra isə saat 19.00-da qonaqların açıq məşqləri olacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO