“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, təmsilçimiz turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Niderlandda yerli “Alkmaar” komandası ilə cavab matçında qarşılaşıb.
Xorvatiyalı Dario Belin idarə etdiyi qarşılaşmaya Azərbaycan təmsilçisinin ağır məğlubiyyəti ilə başa çatıb – 7:0.
Qəbələdəki ilk görüşdə də Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı. Beləliklə, hər iki oyunda böyük hesabla uduzan “Qəbələ” mübarizəni erkən dayandırıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
06:25 / 20.10.2021
UEFA Gənclər Liqası: "Qəbələ"dən rüsvayçı məğlubiyyət
Hazırda oxunan: UEFA Gənclər Liqası: "Qəbələ"dən rüsvayçı məğlubiyyət
Hazırda oxunan: UEFA Gənclər Liqası: "Qəbələ"dən rüsvayçı məğlubiyyət
42375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.