Azərbaycan Premyer Liqasında növbəti turun üç oyunu təxirə salınıb

Azərbaycan Premyer Liqasında növbəti turun üç oyunu təxirə salınıb

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında növbəti turun üç oyunu təxirə salınıb

4234

Bizim.Media xəbər verir ki bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, sözügedən qərar koronavirus səbəbindən verilib.

Belə ki, XII turun dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də ertəsi gün baş tutması nəzərdə tutulan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb.

Görüşlərin tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası verəcək.

XII turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO