Avropa Liqasının qrup mərhələsində III turun oyunları başlayır

Avropa Liqasının qrup mərhələsində III turun oyunları başlayır

Hazırda oxunan: Avropa Liqasının qrup mərhələsində III turun oyunları başlayır

42213

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

Günün yeganə görüşü G qrupunda oynanılacaq. Şotlandiya "Seltik"i evdə Macarıstanın "Ferentsvaroş" klubunu sınağa çəkəcək.

Qlazqo şəhərindəki "Seltik Park" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Oyunu danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək.

İlk 2 turdan sonra xalı olmayan komandalar 3 - 4-cü yerləri bölüşdürür.

UEFA Avropa Liqası, qrup mərhələsi

III tur

19 oktyabr

18:30. "Seltik" (Şotlandiya) - "Ferentsvaroş" (Macarıstan)

Xal durumu: "Bayer" - 6, "Betis" - 6, "Ferentsvaroş" - 0, "Seltik" - 0

Qeyd edək ki, bu qrupun digər matçında Almaniya "Bayer"i İspaniyada "Betis"in qonağı olacaq. Görüş oktyabrın 21-də gerçəkləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO