Azərbaycan çempionatında ilk dövrənin son turu başlayır - 2 OYUN 

Azərbaycan çempionatında ilk dövrənin son turu başlayır - 2 OYUN 

Hazırda oxunan: Azərbaycan çempionatında ilk dövrənin son turu başlayır - 2 OYUN 

41805

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. 

Bizim.Media-nın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. 

Birinci dövrənin son turu saat 15:00-da Bakıda start götürəcək. "ASCO Arena"dakı açılış matçında "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcəklər. Hazırda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan kollektivlərdən meydan sahibləri 6 xalla 6-cı, rəqibindən 2 xal az toplayan qonaqlar isə 7-cidir. 

“Keşlə” son 7 oyunda yalnız bir qələbə qazanıb. “Səbail”in son 3 ev matçı heç-heçə ilə nəticələnib. 

Günün digər oyunu saat 17:00-da Qəbələdə yerli komanda ilə "Zirə" arasında olacaq. 6 turdan sonra hər iki kollektivin 11 xalı var. "Qırmızı-qaralar" 3-cü, "qartallar" isə 4-cü sırada qərarlaşıb. 

Son 4 görüşün üçündə heç-heçə qeydə alınıb. “Qəbələ” son 9 ev matçında rəqibinə uduzmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO