“WhatsApp”da bunları etməyin - Hesabınız silinə bilər

“WhatsApp”da bunları etməyin - Hesabınız silinə bilər

Hazırda oxunan: “WhatsApp”da bunları etməyin - Hesabınız silinə bilər

41789

“WhatsApp” istifadəçilərinə pis davranışlarına görə müvəqqəti cəzalar vermir. Bəzi hallarda istifadəçi “WhatsApp”dan tamamilə silinə bilər.

Bəs, “WhatsApp”dan qovulmağınıza səbəb olacaq davranışlar hansılardır?

Bizim.Media məlumat verir ki, pulsuz olsa da, “WhatsApp”dan da qovulmaq riski var.

“WhatsApp”ın tətbiqdən kimin istifadə edə biləcəyi ilə bağlı ciddi qaydaları var. Bu qaydalardan birini belə pozsan, “WhatsApp”dan qovulacaqsan.

Hesabı dayandırılan şəxs “WhatsApp” ekranında tətbiqdən istifadə edə bilməyəcəyi vaxtı göstərən mesajla qarşılaşır.
 

Göstərilən minimum müddət 24 saatdır. Başqa sözlə, cəzalandırılan şəxs “WhatsApp”dan ən azı 1 gün istifadə edə bilməz. Bununla yanaşı, bəzən “WhatsApp”ın daimi cəzalar verməsi də məlumdur.


“WhatsApp”dan qovulmanıza səbəb olacaq hallar bunlardır:

1. Avtomatik mesajların göndərilməsi

2. ”SPAM” mesajları göndərməyiniz

3. “WhatsApp”ın qeyri -rəsmi versiyasından istifadə etməniz

4. Qanunsuz mənbədən gələn telefon nömrəsindən istifadə

5. Çox adamı bloklamaq

6. Qısa müddətdə bir çox mesaj göndərmək

7. Qanunsuz mesajlar göndərmək (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO