Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşdü

Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşdü

Hazırda oxunan: Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşdü

0:00
0:00
41728

Gənclər və idman naziri Fərid Qayıbov GUAM-ın (Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) baş katibi Altay Əfəndiyevlə görüşüb. 

Nazirliyin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə bu təşkilata üzv ölkələr arasında dövlət gənclər siyasəti və idman sahəsində əməkdaşlığın mümkünlüyü məsələləri müzakirə edilib. 

Fərid Qayıbov bildirib ki, beynəlxalq müstəvidə bir-birini dəstəkləyən və həmrəyik nümayiş etdirən ölkələrin gənclər sahəsində təcrübə mübadiləsi, eləcə də birgə idman təlim-məşq toplanışlarının və digər tədbirlərin təşkili bütün tərəflər üçün faydalı olacaq. 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə GUAM-a üzv ölkələrin gənclər siyasəti və idmana məsul dövlət qurumları arasında qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO