Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşdü - FOTO 

Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşdü - FOTO 

Hazırda oxunan: Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşdü - FOTO 

41559

Gənclər və idman naziri Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Heykens və təşkilatın Yeniyetmə və gənclərin inkişafı departamentinin mütəxəssisi Natiq Umarovla görüşüb. 

Nazirliyin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı əsasən, uşaq və yeniyetmələrin hüquqlarının qorunması sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib. 

Qonaq bildirib ki, UNICEF, Azərbaycan da daxil olmaqla, dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan qlobal liderdir. 

Nazir həmçinin ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkhamla görüşüb. 

Nazirlikdə keçirilən görüşdə Fərid Qayıbov qonağa ölkədəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib. Hər iki sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında əlaqələrin əhəmiyyəti vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO