Dünya çempionatında medal alan gənc cüdoçular Vətənə döndülər - FOTO

Dünya çempionatında medal alan gənc cüdoçular Vətənə döndülər - FOTO

Hazırda oxunan: Dünya çempionatında medal alan gənc cüdoçular Vətənə döndülər - FOTO

40969

İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüblər.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan sumoçuları Avropa kuboku turnirində iki qızıl medal qazandılar - FOTO


Xatırladaq ki, mundiala 8 nəfərlik heyətlə qatılan millimizin iki üzvü çıxışını medalla başa vurub. Onlardan 60 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov gümüş, Elcan Hacıyev (81 kq) isə bürünc medala layiq görülüblər.

Beləliklə, Azərbaycan ümumi komanda hesabında 12-ci sırada qərarlaşıb. Oğlanlar arasında isə yığmamız 7-ci yeri tutub.

Qeyd edək ki, mötəbər yarışda 73 ölkədən 500-dən çox cüdoçu mübarizə aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO