Azərbaycan sumoçuları Avropa kuboku turnirində iki qızıl medal qazandılar - FOTO

Azərbaycan sumoçuları Avropa kuboku turnirində iki qızıl medal qazandılar - FOTO

Hazırda oxunan: Azərbaycan sumoçuları Avropa kuboku turnirində iki qızıl medal qazandılar - FOTO

40962

Almaniyanın Brandenburq şəhərində sumo üzrə böyüklər arasında Avropa kuboku keçirilib.

Bizim.Media xəbər verir ki, bu yarışda 12 ölkədən 150 nəfərdən çox idmançı iştirak edib.

Azərbaycanı Samir Abdullayevin rəhbərlik altında Eyvazov Məhərrəm (70 kq) və Mustafayev Cavid (77 kq) təmsil ediblər.

Hər iki sumoçumuz bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Məhərrəm Eyvazov (70 kq) ardıcıl Fransa, Almaniya, Macarıstan və finalda Polşa sumoçusunu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cavid Mustafayev (77 kq) isə Macarıstan, İtaliya, Almaniya və Ukrayna rəqiblərinə qalib gələrək birinci olub.

Komandamız ümumi medal hesabında üçüncü pillədə qərarlaşıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO