Bu gün UEFA Millətlər Liqasının qalibi bəlli olacaq

Bu gün UEFA Millətlər Liqasının qalibi bəlli olacaq

Hazırda oxunan: Bu gün UEFA Millətlər Liqasının qalibi bəlli olacaq

40930

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Bizim.Media xəbər verir ki, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.

Milan şəhərindəki "San-Siro" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı ingiltərəli Entoni Teylor idarə edəcək.

İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələyib.

İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşma isə daha tez - Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Bu oyun Turindəki "Yuventus" stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO