Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. F.Qayıbov yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq proseslərini izləyib.
Nazir Voleybol Federasiyasında yaradılmış şəraitlə də maraqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Qadın voleybolçular arasında Avropa çempionatının finalçıları məlum oldu
Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev nazirə qururumun fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.
Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, vitse-prezident Əbülfəs Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın baş məçqçisi Alla Həsənova iştirak ediblər.
Bizim.Media