"Komandamız əla formadadır. Bu səbəbdən Lüksemburq və Azərbaycanla oyunlarda büdrəyəcəyimizi düşünmürəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Serbiya millisinin sabiq futboçusu Antonio Rukavina DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri oyunlar haqda danışarkən deyib.
"Astana"nın (Qazaxıstan) müdafiəçisi "Zurnal" nəşrinə müsahbəsində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdiklərinə görə təəsüfləndiklərini bildirib:
"Bu, sürpriz nəticə idi. Daha güclü olduğumuz rəqiblərə qalib gəlməli, önəmli görüşlərdə isə uduzmamalıyıq. Lüksemburq və Azərbaycanı məğlub etmək sonuncu turda Portuqaliya ilə qarşılaşmaya yaxşı əhval-ruhiyyədə yollanmaq üçün çox vacibdir”.
Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi oktyabrın 12-də Azərbaycanı qəbul edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:57 / 06.10.2021
"Azərbaycan millisini məğlub etmək çox vacibdir" - Serbiyalı futbolçu
Hazırda oxunan: "Azərbaycan millisini məğlub etmək çox vacibdir" - Serbiyalı futbolçu
Hazırda oxunan: "Azərbaycan millisini məğlub etmək çox vacibdir" - Serbiyalı futbolçu
40419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.