İdmançılarımızdan Avropa çempionatında daha iki medal - FOTO

İdmançılarımızdan Avropa çempionatında daha iki medal - FOTO

Hazırda oxunan: İdmançılarımızdan Avropa çempionatında daha iki medal - FOTO

40306

Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.

Bizim.Media xəbər verir ki, bu gün 18-21-yaşlı fudokançılarımızdan Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar.

Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə qərarlaşıb.

Bundan əvvəl idmançımız Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında 4 idmançı təmsil edir.

Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı oktyabrın 6-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO