Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutdu

Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutdu

Hazırda oxunan: Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutdu

0:00
0:00
40140

Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 2-ci yeri tutub.

Bizim.Media xəbər verir ki, Rəcəbov sonuncu turda fransalı Maksim Vaşye-Laqravı məğlubiyyətə uğradıb - 2,5:0,5.

İlk partiyada heç-heçə qeydə alınsa da, sonrakı iki qarşılaşmada 34 yaşlı qrossmeyster qələbəyə nail olub. Bu səbəbdən, dördüncü duelə ehtiyac duyulmayıb.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə yarışı sonuncu - 10-cu yerdə tamamlayıb. 36 yaşlı şahmatçı son turda Ermənistan təmsilçisi Levon Aronyana eyni hesabla uduzub.

Bu dəfə ilk 2 partiyadan Aronyan qələbə ilə ayrılıb. 3-cü görüşdə isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Çempionlar Turunun qalibi Maqnus Karlsen olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO