"Barselona"nın baş məşqçisinə daha 3 oyunluq şans verildi

Hazırda oxunan: "Barselona"nın baş məşqçisinə daha 3 oyunluq şans verildi

40139

İspaniya "Barselona"sının prezidenti Joan Laporta komandanın baş məşqçisi Ronald Kumana vəziyyəti düzəltməsi üçün daha bir şans verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Marca"ya məlumat yayıb. Qarşıdakı 3 görüşün nəticəsi niderlandlı mütəxəssisin taleyinə aydınlıq gətirəcək.

Rəhbərlik Kumanı ona əvəz tapa bilmədiyi üçün qovmamağı qərara alıb. Kataloniya təmsilçisinin ağır maddi durumu da sözünü deyib.

"Barselona" qarşıdakı 3 oyununda "Valensiya" və "Real Madrid"lə La Liqada Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə Çempionlar Liqasında üz-üzə gələcək.

Bu görüşlərdə müsbət nəticə əldə olunacağı təqdirdə, Kuman postunda qalacaq. Əks halda, onun "Nou Kamp"dakı gələcəyi yenidən sual altına düşəcək.

Qeyd edək ki, La Liqada 7 turdan sonra "Barselona" 12 xalla 9-cu yerdə gedir. Çempionlar Liqasında isə hər iki görüşünü uduzan Kataloniya komandası E qrupunda sonuncudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO