“Təxribat meyilləri ilə bağlı heç bir problem yaşamamışıq. Ümid edirik və buna inanırıq ki, oyun zamanı da heç bir problem olmayacaq”.
Bunu Bizim.Media-ya Kiprdə olan “Qarabağ” Futbol Klubunun mətbuat katibi Gündüz Abbaszadə bu gün axşam keçiriləcək “Omoniya” – “Qarabağ” matçı öncəsi deyib.
Qeyd edək ki, Nikosiyada GSP stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
“Komandanın əhval-ruhəyəsi əladır. Bu gün son məşqini keçirdi, artıq oyuna hazırdır və oyun saatını gözləyir”, deyə futbol klubunun sözcüsü bildirib.
Xatırladaq ki, Ağdamın komandası Kiprdə keçirdiyi ötən oyunlarında burada yaşayan ermənilər tərəfindən təxribatlarla üzləşib.
Xatirə Nəsirli, Bizim.Media
- A-
- A
- A+
İdman
16:11 / 30.09.2021
“Qarabağ” son məşqini keçirib - Oyunöncəsi Kiprdən ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: “Qarabağ” son məşqini keçirib - Oyunöncəsi Kiprdən ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: “Qarabağ” son məşqini keçirib - Oyunöncəsi Kiprdən ÖZƏL AÇIQLAMA
0:00
0:00
39519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.