Mbappe Neymardan şikayət etdi - SƏBƏB

Mbappe Neymardan şikayət etdi - SƏBƏB

Hazırda oxunan: Mbappe Neymardan şikayət etdi - SƏBƏB

38801

Fransa PSJ-sində Kilian Mbappe və Neymarın münasibətləri komandaya Lionel Messinin gəlişindən sonra kəskinləşib.

Bizim.Media "RMC Sport"a istinadən xəbər verir ki, Mbappe Liqa 1-də VIII turun "Monpelye"ni 2:0 hesabı ilə yendikləri matçında braziliyalı hücumçunun davranışını bəyənməyib.

Fransalı forvard 88-ci dəqiqədə əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında komanda yoldaşı İdrissa Geyeyə Neymardan şikayətlənib. 

Mbappe "sambaçı"nın Yulian Drakslerə ötürmə verməsindən sonra "O, mənə pas atmır" deyib.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun azad agent kimi İspaniya "Real Madrid"inə keçəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO