Azərbaycan Premyer Liqasının 5-ci turunun "Keşlə" - "Qarabağ" oyunundan əvvəl hər iki komandanın futbolçuları meydanda "Qəhrəmanları olan Vətən bayrağı enməz" banneri açıblar.
Bizim.Media xəbər verir ki, bu zaman Ağdam klubunun oyunçuları hərbi futbolka geyiniblər.
MÖVZU İLƏ BAĞLI:
Sənan Qurbanov texniki zonadan qovuldu - SƏBƏB
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədi ilə bu adddım atılıb.
Bizim.Media