"Qarabağ"ın rəqibində növbəti PROBLEM  

Hazırda oxunan: "Qarabağ"ın rəqibində növbəti PROBLEM  

38656

UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Qazaxıstan "Kayrat"ında növbəti problem üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, komandanın baş məşqçisi Kurban Kerdıyev bir neçə futbolçunun çıxışından razı deyil. 

Bunlar Vaqner Lav, Aybol Abiken və Nuralı Alipdir. 

Qeyd edək ki, bu, İsveçrə "Bazel"i ilə Konfrans Liqasının qrup oyunu öncəsi "Kayrat"da yeganə problem deyil.

Daha əvvəl komandanın iki üzvü - Andrey Ulşin və Arsen Burançiyevdə koronavirus aşkarlanıb. 

"Kayrat" H qrupundakı ilk görüşündə evdə Kipr "Omoniya"sı ilə qolsuz heç-heçə edib. Kurban Berdıyevin baş məşqçi olduğu komanda oktyabrın 21-də isə Bakıda "Qarabağ"ın qonağı olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO