Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

Hazırda oxunan: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

38421

Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, yarışda iştirak edəcək Azərbaycan təmsilçiləri Hidayət Heydərovla Məmmədəli Mehdiyevin də ilk rəqibləri bəlli olub. 

73 kq-da çıxış edən Heydərov mübarizəyə 1/16 finaldan başlayacaq. O, bu mərhələdə israilli Yonatan Elbazla üz-üzə gələcək. 

90 kq çəki dərəcəsində mübarizə aparan Mehdiyev isə ilk görüşünü 1/8 finalda Sebastian Oldak (Polşa) - Vitali Şepel (Uklrayna) cütünün qalibinə qarşı keçirəcək. 

Qeyd edək ki, Zaqreb Qran-prisi sentyabrın 26-dək davam edəcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO