Başla toxunuşun qadağan olunduğu futbol matçı keçiriləcək – TARİXDƏ İLK 

Başla toxunuşun qadağan olunduğu futbol matçı keçiriləcək – TARİXDƏ İLK 

Hazırda oxunan: Başla toxunuşun qadağan olunduğu futbol matçı keçiriləcək – TARİXDƏ İLK 

38192

İngiltərənin Spennimor şəhərindəki "Brüeri Fild" stadionunda sentyabrın 26-də oynanılacaq matçda futbolçulara topa başla zərbə vurmaq qadağan ediləcək. 

Bizim.Media xəbər verir ki, qarşılaşma veteran futbolçuların iştirakı ilə baş tutacaq. 

Oyun sabiq futbolçular Qari Lineker, Alan Şirer və Kevin Kiqanın təşkilatçılığı ilə keçiriləcək. 

İlk yarıda oyunçulara yalnız cərimə meydandaçasında başla oynamağa icazə veriləcək. İkinci 45 dəqiqədə isə oyunçular topa ümumiyyətlə başla müdaxilə edə bilməyəcəklər. Əks halda, baş hakim görüşü dayandıracaq və cərimə zərbəsi təyin edəcək. 

Təşkilatçılar bu matçla başla oyunun sağlamlıq üçün təhlükəli olduğuna diqqət çəkmək istəyirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO