Bu futbol klubları azarkeşlərinə görə cəzalandırılıb - SƏBƏB 

Bu futbol klubları azarkeşlərinə görə cəzalandırılıb - SƏBƏB 

Hazırda oxunan: Bu futbol klubları azarkeşlərinə görə cəzalandırılıb - SƏBƏB 

37846

Fransa Liqa 1-in VI turunun "Lans" - "Lill" matçında iki komandanın azarkeşləri arasında olan iğtişaşlarla bağlı qərar açıqlanıb.

Bizim.Media "Get French Football News"a istinadən xəbər verir ki, hər iki klub cəzalandırılıb. Meydan sahibləri qarşıdakı 2 çempionat matçını boş tribunalar qarşısında keçirəcək.

Qonaqlar isə növbəti səfər görüşündə fanatsız oynamalı olacaq.

Qeyd edək ki, "Lans"ın 1:0 hesabı ilə qalib gəldiyi oyun ikinci hissənin əvvəlində dayandırılıb.

Buna ev sahibi komandanın azarkeşlərinin meydana daxil olaraq, dava etmək məqsədilə qonaq tərəfdarların əyləşdiyi sektora tərəf qaçması səbəb olub.

Fanatlar meydandan çıxarıldıqdan sonra qarşılaşma yenidən davam etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO