Azərbaycan - İrlandiya oyununun biletləri satışda - QİYMƏTLƏR 

Azərbaycan - İrlandiya oyununun biletləri satışda - QİYMƏTLƏR 

Hazırda oxunan: Azərbaycan - İrlandiya oyununun biletləri satışda - QİYMƏTLƏR 

0:00
0:00
37756

Futbol üzrə Azərbaycan və İrlandiya milli komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunu üçün biletlər bu gündən satışa çıxarılıb. 

Bizim.Media xəbər verir ki, AFFA-nın rəsmi saytında COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacağı bildirilib. 

Biletləri iTicket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar. 

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür. 

Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar. 

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2 manat, 5 manat, 10 manat və 15 manatdir. 

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO