“Vüqar Həşimov” komandası Moldova yığmasını məğlub etdi - FOTO

“Vüqar Həşimov” komandası Moldova yığmasını məğlub etdi - FOTO

Hazırda oxunan: “Vüqar Həşimov” komandası Moldova yığmasını məğlub etdi - FOTO

37715

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün turnirin ikinci turunun oyunları keçirilib. Yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Moldovanın “Perfect” komandasına böyük hesabla (5,5:0,5) qalib gəlib.

Qeyd edək ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhriyarla Teymuru görəndə gözüm Vüqarı axtarır – Vüqarsız 7 il - FOTO 


Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın “Alkaloid”, Nicat Abasov isə İspaniyanın “Silla” komandasını təmsil edir.

İkinci turda “Alkoloid” Sloveniyanın “Sloven Ruma” yığmasına 5,5:0,5, “Silla” isə Belçikanın “Schachfreunde Wirtzfeld” komandasına 5:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO