Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Sarı vərəqəni almaması üçün dərhal emosiyasını boğmağa çalışdım"

Hazırda oxunan: Rəşad Sadıqov: "Sarı vərəqəni almaması üçün dərhal emosiyasını boğmağa çalışdım"

37611

"Futbolçularımı göstərikləri oyuna görə təbrik edirəm, alınlarından öpürəm. Qol imkanı vermirdik. Rəqib hesabda geriyə düşdü, böyük qüvvə ilə irəli atılmışdılar. Bu da gözlənilən idi". 

Bizim.media xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdiklər Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib. 

39 yaşlı mütəxəssis oyuna nəzarət edən tərəf olduqlarını bildirib:

"60-cı dəqiqəyədək oyun tam bizim nəzarətimizdə olub. Daha sonra ağıllı müdafiə olunduq, rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Amma 90 dəqiqə hücumda qalmaq olmur. Oyundan razı qaldm. Bu il keçirdiyimiz ən dinamik və sürətli qarşılaşma idi". 

Sadıqov Təmkin Xəlilzadənin sarı vərəqə almasına da münasibət bildirib:

"Hamımız bilirik ki, Təmkin emosional futbolçudur. İkinci sarı vərəqəni almaması üçün dərhal emosiyasını boğmağa çalışdım".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO