Futbol üzrə üçqat dünya çempionu, braziliyalı Pele yenidən müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.
MÖVZU İLƏ BAĞLI:
“Futbol Kralı” xəstəxanaya yerləşdirildi – TƏFƏRRÜAT
Qeyd edək ki, Pele son zamanlar səhhətindəki bir sıra problemlərlə mübarizə aparır.
Avqustun 30-da Pele San-Paulodakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.
Bizim.Media