Rus azarkeşlərdən Mahir Emrelinin komandasına təhqiramiz CAVAB - FOTO 

Rus azarkeşlərdən Mahir Emrelinin komandasına təhqiramiz CAVAB - FOTO 

Hazırda oxunan: Rus azarkeşlərdən Mahir Emrelinin komandasına təhqiramiz CAVAB - FOTO 

37062

Bu gün Avropa Liqasının qrup mərhələsinin I tur oyununda Polşanın “Legiya” klubu Rusiyada "Spartak"ın qonağı olacaq.  

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın Moskvada media lövhəsi yerləşdirməsi yerli azarkeşlərin xoşuna gəlməyib. 

"Spartak" fanatları lövhənin önünə təhqiramiz pankart yerləşdiriblər. 

Varşava təmsilçisi görüşdən əvvəl azərbaycanlı futbolçu Mahir Emrelinin də yer aldığı fotonu "Moskva, geri qayıtdıq" yazısı ilə şəhərin mərkəzində göstərib. Buna cavab olaraq, "Spartak" fanatları Polşada məşhur söyüş sayılan banneri asıblar. 
 

Moskva klubu 2011-ci ildə evdə Avropa Liqasının oyununda "Legiya"ya 2:3 hesabı ilə uduzub. 


Qeyd edək ki, “Spartak” – “Legiya” matçı Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO