Braziliyalı hücumçu “Neftçi”də - FOTO

Braziliyalı hücumçu “Neftçi”də - FOTO

Hazırda oxunan: Braziliyalı hücumçu “Neftçi”də - FOTO

36186

"Neftçi” növbəti hücumçu transferini rəsmiləşdirib.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Tiaqo Bezerra ilə 1 il müddətinə müqavilə bağlanıb.

34 yaşlı futbolçu paytaxt komandasının heyətində 9 nömrəli formanı geyinəcək.

Bezerra Belçikanın "La Luvyer” (2005-2006), Braziliyanın "Qama” (2008), "İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin "Altay” (2008-2010), "Karşıyaka” (2010-2011), "Adanaspor” (2013-2015), "Adana Demirspor” (2016, 2017), Küveytin "Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının "Əl-Kadisiya” (2016-2017), Özbəkistanın "Paxtakor” (2017-2018), Qətərin "Əl-Xor” (2019-2020) və "Əl-Sailiya” (2020-2021) klublarında çıxış edib.

O, 2015/2016 mövsümündə Küveyt Federasiya Kubokunun ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Superliqasının ən yaxşı futbolçusu olub.

"Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçu Ramon Maçadonu transfer edib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO