Azərbaycan idmançıları bu gün dörd növdə mübarizə aparacaqlar - MDB Oyunlarında

Azərbaycan idmançıları bu gün dörd növdə mübarizə aparacaqlar - MDB Oyunlarında

Hazırda oxunan: Azərbaycan idmançıları bu gün dörd növdə mübarizə aparacaqlar - MDB Oyunlarında

36014

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycanın 4 növ üzrə idmançıları mübarizə aparacaqlar.

Bizim.Media-nın məlumatına görə, stolüstü tennis və badminton üzrə komanda şəklində, tayboks və güllə atıcılığında isə fərdi çıxışlar olacaq.

Yarımfinala vəsiqə qazanan oğlan və qızlardan ibarət stolüstü tennis yığmaları müvafiq olaraq, Belarus və Rusiya ilə üz-üzə gələcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

I MDB Oyunlarında iştirak edəcək Azərbaycan GÜLƏŞÇİLƏRİ - ADLAR


İlk 3 oyununda Belarus və Özbəkistana 4:1, Ermənistana 5:0 hesabı ilə qalib gələn badminton millisi bu gün Rusiya və Qazaxıstanla da üz-üzə gələcək. Qarşılaşmaların yekununda qalib və mükafatçılar müəyyənləşəcək.

Güllə atıcısı Ramiz Xəlilov 10 metr məsafəyə pnevmatik tüfənglə atəşi açacaq.

Təsnifat mərhələsində onun rəqibləri İqor Skuratov, Matvey Potapov, Yevgeni Potapov (hər üçü Rusiya), Oybax Asilov (Özbəkistan), Aleksandr Lesnuxin (Belarus) və Aik Babayan (Ermənistan) olacaq. Daha yaxşı nəticə göstərən idmançılar elə bu gün finalda da mübarizə aparacaqlar.

Taybokçulardan Rəvan Ağazadə (67 kq) oğlanlar, Leyana Sayer (51 kq) qızların yarışında final görüşlərini keçirəcəklər. Onların rəqibləri Belarus təmsilçiləri olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan 11 qızıl, 6 gümüş və 15 bürünc medalla ümumi hesabda 3-cü yerdə gedir. Rusiya 63 qızıl, 20 gümüş, 22 bürünc medalla 2-ci, Özbəkistan 16 qızıl, 25 gümüş, 18 bürünc medalla 2-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO