Braziliya-Argentina matçı ilə bağlı FİFA-dan ARAŞDIRMA

Braziliya-Argentina matçı ilə bağlı FİFA-dan ARAŞDIRMA

Hazırda oxunan: Braziliya-Argentina matçı ilə bağlı FİFA-dan ARAŞDIRMA

35875

FİFA DÇ-2022-nin seçmə mərhələsinin yarımçıq qalan Braziliya – Argentina matçı ilə bağlı araşdırmaya başlayıb.

Bizim.Media xəbər verir ki, qurum sentyabrın 5-də keçirilməli olan və erkən dayandırılan oyunda baş verənlər barədə məlumatların toplanılmasına start verib.  

San-Pauludakı görüş başlayandan az sonra polis əməkdaşları və səhiyyə nazirliyinin nümayəndələri meydana daxil olub.

Onlar qarşılaşmanın dərhal dayandırılmasını tələb edib.

Buna Argentina yığmasının İngiltərə Premyer Liqasında oynayan 4 futbolçusu səbəb olub.

Covanni Lo Çelso, Emiliano Buendia, Emiliano Martines və Kristian Romero karantin qaydalarını pozmaqda və yalan tibbi məlumat verməkdə ittiham olunur.

FİFA-nın araşdırmalardan sonra meydan sahibi Braziliyanı cəzalandıracağı gözlənilir. 

Bizim.MEdia

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO