Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 130 kq-da yarışan idmançımız Nikita Kovalski (Belarus) ilə qarşılaşıb. Məmmədov 4:0 hesabı ilə qalib gələrək 1-ci yerə çıxıb.
MÖVZU İLƏ BAĞLI:
Güləşçimizdən qızıl medal
Bununla da, təmsilçimiz Azərbaycana 3-cü qızıl medalı qazandırıb.
Bundan əvvəl Nihad Quluzadə və Həsrət Cəfərov qızıl medalın sahibi olublar.
Bizim.Media